Atatürk Hava Limanına enən son təyyarə Bakıdan gəlib
- 05 aprel, 2019
- 21:30
Atatürk Hava Limanından İstanbul Hava Limanına "Böyük Köç" olaraq adlandırılan tarixi köçürülmə prosesi başlayıb.
"Report"un Türkiyə bürosu xəbər verir ki, 86 ildir İstanbulda fəaliyyət göstərən Atatürk Hava Limanının İstanbul Hava Limanına köçürülməsi üçün hazırlıqlar başa çatıb.
Türk Hava Yollarının (THY) Atatürk Hava Limanından İstanbul Hava Limanına 707 TIR səfəri ilə 45 saat davam etməsi planlaşdırılan tarixi daşınma əməliyyatı başlayıb. Belə ki, Türk Hava Yolları aprelin 5-i saat 03.00-da İstanbul Hava Limanına doğru hərəkətə başlayıb.
Hərəkət zamanı görülən tədbirlər çərçivəsində müəyyən yollar bir müddətlik nəqliyyatın hərəkətinə bağlanıb.
THY-nin əsas bazası və nəqliyyat vasitəsitələri daşınması aprelin 5-dən 6-na keçən gecə saat 01:00 dan baş tutacaq. Köç prosesinin müvəffəqiyyətlə həyata keçirilməsi və əhalinin rahatlığı üçün bütün tədbirlər görülüb. Son uçuş saat 3-de Sinqapura olub.
Onu da qeyd edək ki, ağır texnikanın daşınılması prosesində bu gecə Yavuz Sultan Səlim körpüsünün istifadə olunacaq.
Vüsalə Abbasova