Atambayevə qarşı əməliyyatda xüsusi təyinatlı döyüşçü ölüb

Atambayevə qarşı əməliyyatda xüsusi təyinatlı döyüşçü ölüb Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” xüsusi dəstəsinin döyüşçüsünün ölüm faktı üzrə cinayət işi başlanılıb.
Region
8 Avqust , 2019 09:43
Atambayevə qarşı əməliyyatda xüsusi təyinatlı döyüşçü ölüb

Qırğız Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” xüsusi dəstəsinin döyüşçüsünün ölüm faktı üzrə cinayət işi başlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, “Alfa” xüsusi dəstəsinin döyüşçüsünün ölümü və hüquq-mühafizə orqanları əməkdaşlarının yaralanması faktları üzrə nazirlikdə cinayət işi başlanılıb: “Faktlar Respublika Cinayət Məcəlləsinin “Qətl” və “Qətlə cəhd” maddələrinə əsasən qeydə alınıb.

Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara qarşı odlu silahdan atəş açılmayıb. Keçmiş prezident Almazbek Atambayevin evi tərəfdən odlu silah tətbiq edilib”, - mətbuat xidməti vurğulayıb.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub.

“Tərəfdarlarım onları konfetə qonaq etmədiyinə görə xüsusi təyinatlılar da daxil olmaqla yaralananlar olduğuna təəssüf edirəm”, –  Almazbek Atambayev vurğulayıb.

Onun sözlərinə görə, xüsusi təyinatlılar döyüş silahları da tətbiq edib. Keçmiş prezident bildirib ki, onun tutulması üçün antiterrorçu “Alfa” dəstəsi göndərilib: “Nə mən, nə də dinc sakinlər terrorçu deyilik. Əməliyyat nəticəsində dinc sakinlər arasında yaralananlar var. Yaralıları və ölənləri götürməyə imkan vermədilər. Qırğızlar dizi üstə yaşamayacaqlar”.

O, Qırğız hakimiyyətinə düşünməyi məsləhət görərək güc strukturlarından atəş açmamağı xahiş edib.

A.Atambayev onun yanında olanlara təşəkkürünü bildirib.

Xatırladaq ki, Almazbek Atambayev Tarix muzeyinin yenidən qurulması, ölkə paytaxtı Bişkekdə İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi, “qanuni oğru” Əziz Batukayevin azadlığa buraxılması, ev tikmək üçün sahə almaqda ittiham olunur.

Son xəbərlər

Orphus sistemi