Askar Akayev Almaniyada yumurta atəşinə tutulub

Askar Akayev Almaniyada yumurta atəşinə tutulub Bakı. 11 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının keçmiş prezidenti Askar Akayevi Almaniyada soydaşları yumurta atəşinə tutublar.
Region
2645
11 Dekabr , 2017 14:37
Askar Akayev Almaniyada yumurta atəşinə tutulub

Bakı. 11 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının keçmiş prezidenti Askar Akayevi Almaniyada soydaşları yumurta atəşinə tutublar.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə Almaniyada “KyrgyzClub–Germany”də keçmiş prezidentin soydaşları ilə görüşü başlayarkən olub.

Onu əllərində 2005-ci ildə “zanbaq inqilabı” zamanı irəli sürülən “Akayev get!” şüarı tutan bir qrup soydaşı qarşılayıb. Onlar tədbir boyu A.Akayevin çıxışını dəfələrlə kəsiblər. Etiraz edən qırğızlar keçmiş prezidentdən qırğız dilində danışmağı tələb ediblər.

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının fizika üzrə alimi Askar Akayev 1990-2005-ci illərdə Qırğız Respublikasının prezidenti olub. O, 2005-ci ildə “zanbaq inqilabı” nəticəsində ölkəsindən qaçaraq, Moskvaya sığınıb. 

Son xəbərlər

Orphus sistemi