Rəcəb Tayyib Ərdoğan apreldə Rusiyaya səfər edəcək

Rəcəb Tayyib Ərdoğan apreldə Rusiyaya səfər edəcək Bakı. 18 fevral. REPORT.AZ/ Apreldə Moskvada Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti danışıqlar olacaq.
Region
18 Fevral , 2019 02:57
Rəcəb Tayyib Ərdoğan apreldə Rusiyaya səfər edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ Apreldə Moskvada Rusiya prezidenti Vladimir PutinTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti danışıqlar olacaq.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, prezidentlər iki ölkənin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər. Bu, artıq cari ildə dövlət başçılarının üçüncü görüşü olacaq.

Putin və Ərdoğan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasını iclasını keçirəcəklər. İclasda iki ölkənin ticarət-iqtisadi sahəsində qarşılıqlı əlaqəsi, mədəni əlaqələr və beynəlxalq vəziyyət müzakirə ediləcək.

Qeyd edilir ki, prezidentlər aprelin 8-də Böyük Teatrda mədəniyyət və turizm ilinin açılış mərasimində də iştirak edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl fevralın 14-də Soçidə üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Son xəbərlər

Orphus sistemi