Türkiyədə ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Region
  • 25 sentyabr, 2019
  • 06:47
Türkiyədə ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Türkiyənin Antalya əyalətində iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də səhər saatlarında Akseki-Çevizli yolunda qeydə alınıb. 

Yaralılar Aksekidəki dövlət xəstəxanasına yerləşdiriliblər.

Hazırda qəzanın səbəbi araşdırılır.