Anomal istilər səbəbindən Gürcüstanda elektrik enerjisindən istifadə son 35 ildə rekord həddə çatıb

Region
  • 03 iyul, 2018
  • 21:11
Anomal istilər səbəbindən Gürcüstanda elektrik enerjisindən istifadə son 35 ildə rekord həddə çatıb

Tbilisi. 4 iyul. REPORT.AZ/ Anomal istilər səbəbindən iyulun 2-də Gürcüstanda 1920 MVt elektrik enerjisi istehlak olunub. Buna baxmayaraq Gürcüstandan Azərbaycana elektrik enerjisinin ixracı dayandırılmayıb.

Bu barədə “Report”un Gürcüstan bürosuna “Gürcüstan Elektrik Sistemi” Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, iyulun 2-də havanın temperaturunun kəskin yüksəlməsi sayəsində elektrik enerjisindən bu qədər istifadə ötən əsrin 80-ci illərindən bu yana ilk rekord göstəricidir. Bu göstərici həmçinin, 2017-ci ilin analoji dövründəki istehlakla müqayisədə 12 faiz çoxdur.

Yay mövsümündə elektrik enerjisindən istifadə hətta qış dövrü ilə müqayisə də xeyli çoxdur.

“Gürcüstan Elektrik Sistemi” SC-dən onu da bildiriblər ki, Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 60 MVt təşkil edir.

44 filmi