Ankarada Ərdoğanla Putin arasında görüş başa çatıb - YENİLƏNİB

Ankarada Ərdoğanla Putin arasında görüş başa çatıb - YENİLƏNİB Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı başlayıb
Region
3 Aprel , 2018 20:10
Ankarada Ərdoğanla Putin arasında görüş başa çatıb - YENİLƏNİB

Bakı. 3 aprel. REPORT.AZ/ Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başa çatıb. 

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən görüş 1,5 saat çəkib. 

Bundan sonra dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı başlayıb. 


*** 16:53

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.

görüş Türkiyə prezidentinin Beştəpə iqamətgahında keçirilir.

R.T.Ərdoğan V.Putini rəsmi mərasimlə qarşılayıb. 

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.

Son xəbərlər

Orphus sistemi