​Ankarada avtobus qəzası baş verib, 12 nəfər ölüb - ƏLAVƏ OLUNUB

​Ankarada avtobus qəzası baş verib, 12 nəfər ölüb - ƏLAVƏ OLUNUB Avtobusun altında qalan yaralılar xəstəxanaya yerləşdiriliblər
Region
1 Oktyabr , 2015 16:18
​Ankarada avtobus qəzası baş verib, 12 nəfər ölüb - ƏLAVƏ OLUNUB

Bakı. 1 oktyabr. REPORT.AZ/ Ankara valisi Mehmet Kılıçılar bildirib ki, ölənlərin sayı 12 nəfərə çatıb. 8 nəfər isə yaralanıb. Məlumata görə, əyləc sistemi işləməyən avtobus dayanacaqda duran insanların üstündən keçib və onları təxminən 50 metr sürüyüb.

***

Ankarada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə əyləcin tutmaması səbəbindən baş verib. Nəticədə avtomobil avtobus dayanacağına girərərək orada dayanan insanlara çırpılıb.

Avtobusun altında qalan yaralılar xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi