Ankara və Adanada partlayış törətməyi planlaşdıran terrorçu-kamikadzelər zərərsizləşdirilib

Ankara və Adanada partlayış törətməyi planlaşdıran terrorçu-kamikadzelər zərərsizləşdirilib Onlar edilən xəbərdarlıqlara məhəl qoymayaraq, qaçmağa başlayıblar
Region
30 İyun , 2016 11:18
Ankara və Adanada partlayış törətməyi planlaşdıran terrorçu-kamikadzelər zərərsizləşdirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Türkiyə ilə Suriya sərhədini qanunsuz yolla keçib, partlayış törətmək istəyən iki terrorçu-kamikadze zərərsizləşdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar sərhədi qanunsuz yolla keçdikdən sonra edilən xəbərdarlıqlara məhəl qoymayaraq, qaçmağa başlayıblar. Bundan sonra onlar zərərsizləşdirilib.

Aparılan araşdırmalar nəticəsində hər iki terrorçunun Suriya vətəndaşı və terrorçu İŞİD qruplaşması tərəfdarı "Əbu Əli" kod adlı Mustafa Dəmirlə əlaqəsi olduğu müəyyən edilib. Onlardan birinin Məhəmməd Ərəb, o birinin isə Muhanad Xalid olduğu müəyyənləşib. Məhəmməd Ərəbin üzərində 2016-cı il iyunun 21-də Suriya paytaxtı Dəməşqdən ölkənin Kamışlı şəhərinə təyyarə ilə gəldiyini təsdiqləyən bilet aşkar edilib.

Kəşfiyyat məlumatına görə, onlar Ankara və Adanada özlərini partladaraq, terror törətməyi planlaşdırıblar.

Son xəbərlər

Orphus sistemi