Rusiya müdafiə nazirinin müavini Ermənistandakı hərbi bazada olub

Rusiya müdafiə nazirinin müavini Ermənistandakı hərbi bazada olub Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolov Gümrüdə yerləşən 102 saylı hərbi bazada olub.
Region
13 Avqust , 2019 09:32
Rusiya müdafiə nazirinin müavini Ermənistandakı hərbi bazada olub

Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolov Gümrüdə yerləşən 102 saylı hərbi bazada olub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Bildirilib ki, nazir müavininin  başçılıq etdiyi nümayəndə heyətini Rusiyanın Ermənistandakı hərbi bazasının komandanlığı, Rusiyanın Ermənistanın Gümrü şəhərindəki Baş Konsulluğunun təmsilçisi, Federasiyanın Elmi-mədəni mərkəzinin nümayəndələri, Şirak vilayətinin administrasiyası qarşılayıb.

Səfər çərçivəsində nümayəndə heyəti “Böyük qala” hərbi şəhərciyinin həyat və məişət şəraiti ilə tanış olublar.

Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsi MDB ölkələrinin hava hücumundan müdafiə sistemi çərçivəsində döyüş növbəsi çəkir. Bu bazanın fəaliyyətinin 2044-cü ilədək davam etdirməsi ilə bağlı 2010-cu il avqustun 20-də Rusiya ilə Ermənistan arasındakı mövcud müqavilənin müddəti uzadılıb. 

Son xəbərlər

Orphus sistemi