Amerikalı ekspert: "Qondarma erməni soyqırımı barədə qətnaməni bloklayan senator tarixi faktları müdafiə edir"

Amerikalı ekspert: "Qondarma erməni soyqırımı barədə qətnaməni bloklayan senator tarixi faktları müdafiə edir" Senator Lindsi Qrem hərəkətləri ilə tarixi faktları müdafiə edir və dünya tarixini həqiqətən bilən, anlayan və erməni təbliğatının və onun dezinformasiya maşınının qurbanı olmayan ABŞ qanunvericilərinin və senatorlarının da olduğunu nümayiş etdirir.
Region
15 Noyabr , 2019 10:58
Amerikalı ekspert: Qondarma erməni soyqırımı barədə qətnaməni bloklayan senator tarixi faktları müdafiə edir
Piter Teys

"Senator Lindsi Qrem hərəkətləri ilə tarixi faktları müdafiə edir və dünya tarixini həqiqətən bilən, anlayan və erməni təbliğatının və onun dezinformasiya maşınının qurbanı olmayan ABŞ qanunvericilərinin və senatorlarının da olduğunu nümayiş etdirir".

Bunu "Report"a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys ABŞ Konqresində senator Lindsi Qrem tərəfindən qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin bloklanmasını şərh edərkən deyib.

"Cənubi Karolina ştatından olan senator Lindsi Qrem həmişə ABŞ-Türkiyə ittifaqını dəstəkləyib. Güclü, fəal liderliyi və ardıcıllığı onu hər zaman müstəsna senator edib", - P.Teys bildirib.

Ekspert vurğulayıb ki, "erməni soyqırımı"nın tanınmasına qarşı çıxan L.Qremin hərəkətləri çox yüksək qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi