Almazbek Atambayev azadlığa buraxılıb

Almazbek Atambayev azadlığa buraxılıb Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev azadlığa buraxılıb.
Region
14 Fevral , 2023 12:18
Almazbek Atambayev azadlığa buraxılıb

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev azadlığa buraxılıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının ailəsindən bildirilib.

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğız Respublikasına rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki iqamətgahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirmişdi ki, bu ittihamları siyasi təqib hesab edir.

Xatırladaq ki, Bişkekin Pervomay rayonunun Məhkəməsi cinayətkar aləmin tanınmış fiqurlarından olan Əziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılması işi üzrə bu ilin iyununda A.Atambayevi 11 il müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Batukayev 2006-cı ildə 16 il azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər

Orphus sistemi