Almatıda bir gündə 100-dən çox tibb işçisi koronavirusa yoluxub
Region
- 14 aprel, 2020
- 06:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın keçmiş paytaxtı Almatıda son sutkada koronavirusa yoluxan 174 nəfərdən 116-sı tibb işçisidir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almatı Şəhər İctimai Səhiyyə İdarəsinin rəhbəri Tleuxan Abildayev bildirib.
Onun sözlərinə görə, şəhərdə koronavirusa 346 yoluxma halı qeydə alınıb.
T.Abildayev deyib ki, tibbi işçiləri arasında 30-dan artıq yoluxma hadisəsi aşkarlandığından aprelin 13-dən Almatı Şəhər Mərkəz Klinik Xəstəxanası karantinə bağlanıb.
Xatırladaq ki, Qazaxıstanda koronavirusdan 1 179 yoluxma və 14 ölüm hadisəsi qeydə alınıb. Qazaxıstanda aprelin sonunadək fövqəladə vəziyyət rejimidir.
Son xəbərlər
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol
02:48
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Futbol
02:47
Fransada aksiyaların təhlükəsizliyini 70 min hüquq-mühafizə əməkdaşı təmin edəcək
Digər ölkələr
02:21
Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Digər ölkələr
02:00
Foto
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol