Almaniya vətənlərinə qayıtdıqlarına görə gürcülərə pul ödəyəcək

Almaniya vətənlərinə qayıtdıqlarına görə gürcülərə pul ödəyəcək Gürcüstan XİN başçısı Mixeil Canelidze qeyri-qanuni gürcüstanlı miqrantları Almaniya hökumətinin təklifi ilə razılaşmağa çağırıb
Region
23 Fevral , 2018 12:47
Almaniya vətənlərinə qayıtdıqlarına görə gürcülərə pul ödəyəcək
Wiki

Bakı. 23 fevral. REPORT.AZ/ Almaniya hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı qeyri-qanuni miqrantlara, o cümlədən də Gürcüstandan olan miqrantlara vətənlərinə qayıtmağa yardım üçün REAG/GARP proqramını həyata keçirir.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında adıçəkilən proqramın könüllü vətəninə getmək istəyənlərə maddi və qeyri-maddi yardım təklif etdiyi əksini tapıb.

Gürcüstan vətəndaşları yalnız vizasız rejimin işə başlamasına - 2017-ci il martın 27-nə qədər Almaniya ərazisinə daxil olduqları təqdirdə, sığınacaq verilməməsinə baxmayaraq, Almaniyadan gediş tarixləri tamam olmadıqda, sığınacaq verilməsi üzrə məsələnin baxılması prosesi başa çatmayıbsa və ya qaçqın statusu əldə edənlər vətənə qayıtmaq istədikdə yardım ala biləcəklər.

Bu insanların 2018-ci il fevralın 28-dək Almaniya hökuməti tərəfindən vətənlərində məişət ehtiyaclarını ödəmək, o cümlədən mənzilin kirayəsini vermək və təmirin pulunu ödəmək üçün əlavə 3 min avro məbləğində yardım almaq imkanı var.

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze qeyri-qanuni gürcüstanlı miqrantları Almaniya hökumətinin təklifi ilə razılaşmağa çağırıb.

"Bunun vətənlərinə qayıtmaq istəyən insanlara təsir edəcəyinə ümid edirik. Onları bu imkandan istifadə etməyə çağırıram", - M.Canelidze bildirib.

Xatırladaq ki, fevralın əvvəlində Almaniyanın daxili işlər naziri Tomas de Mezyer sığınacaq axtaran şəxslərin sayının artması təqdirində Gürcüstanla Aİ arasında vizasız rejiminin dayandırılması mexanizminin işə salına biləcəyini istisna etməyib, o cümlədən kriminal vəziyyətin artması ilə əlaqədar narahatlığını ifadə edib.

Almaniya DİN-in məlumatına görə, yalnız 2018-ci ilin yanvar ayında Aİ ölkələrində sığınacaq almaq istəyi ilə 632 Gürcüstan vətəndaşı müraciət edib.

Son xəbərlər

Orphus sistemi