Almaniya kansleri: “Hələ ki Ukraynaya səfər etmək niyyətində deyiləm”

Almaniya kansleri: “Hələ ki Ukraynaya səfər etmək niyyətində deyiləm” Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri gözlənilir.
Region
13 Aprel , 2022 16:55
Almaniya kansleri: “Hələ ki Ukraynaya səfər etmək niyyətində deyiləm”

“Hələ ki Ukraynaya səfər etmək niyyətində deyiləm”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib. 

O, Ukrayna hakimiyyətinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri qəbul etməməsinin anlaşılmazlıq yaratdığını vurğulayıb. 

Kansler bildirib k, ölkəsi Ukraynaya silah tədarükünü davam etdirir və müttəfiqləri ilə sıx əlaqə saxlayır.

Qeyd edək ki, Almaniya Prezidenti və kanslerinin Ukraynaya birlikdə səfəri nəzərdə tutulurdu. Ancaq rəsmi Kiyev Rusiya ilə münasibətlərinə görə Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtina edib.

13:07

Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri gözlənilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç Almaniyanın ARD telekanalına müsahibəsində deyib.

"Prezidentimiz praktik qərarlar qəbul etmək, o cümlədən silah tədarükü ilə bağlı kanslerin səfərini gözləyir”, - o bildirib.

O.Arestoviç həmçinin söyləyib ki, o, Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərini niyə qəbul etmədiyini bilmir.

Son xəbərlər

Orphus sistemi