​Almaniya kansleri Moskvadakı parada qatılmayacaq

​Almaniya kansleri Moskvadakı parada qatılmayacaq Angela Merkel yaxın zamanda Rusiyaya səfər etməyi planlaşdırır
Region
11 Mart , 2015 15:34
​Almaniya kansleri Moskvadakı parada qatılmayacaq

Bakı. 11 mart. REPORT.AZ/ Almaniyan kansleri Angela Merkel Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o bu qərarı Ukraynadakı vəziyyətlə əlaqədar bir neçə gün öncə qəbul edib.

Məlumatda bildirilib ki, bununla belə, Angela Merkel yaxın zamanda Rusiyaya səfər etməyi planlaşdırır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanı da Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək parada dəvət edib.

Son xəbərlər

Orphus sistemi