Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan şərti sərhədi boyu ilk patrul xidmətinə gediblər

Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan şərti sərhədi boyu ilk patrul xidmətinə gediblər Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan şərti sərhədi boyunca ilk patrul xidmətinə gediblər.
Region
27 Oktyabr , 2022 11:16
Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan şərti sərhədi boyu ilk patrul xidmətinə gediblər

Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan şərti sərhədi boyunca ilk patrul xidmətinə gediblər.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: "Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”.

Xatırladaq ki, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi fikri Avstriya, Litva və Rumıniya tərəfindən irəli sürülüb. Oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi