Aİ: “Diplomatlarımız Ukraynadan çıxmağa hazırlaşmır”

Aİ: “Diplomatlarımız Ukraynadan çıxmağa hazırlaşmır” “Aİ ABŞ dövlət katibi Entoni Blinkendən diplomatlarının təxliyəsinin səbəbini aydınlaşdıracaq. Avropalı diplomatlar Ukraynanı tərk etmək fikrində deyil”
Region
24 Yanvar , 2022 11:51
Aİ: “Diplomatlarımız Ukraynadan çıxmağa hazırlaşmır”

“Avropa İttifaqı ABŞ-ın dövlət katibi Entoni Blinkenlə amerikalı diplomatların təxliyəsinin səbəbini aydınlaşdıracaq. Avropalı diplomatlar Ukraynanı tərk etmək fikrində deyil”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell söyləyib.

Bundan başqa, Aİ rəsmisi deyib ki, Rusiyaya qarşı yeni sanksiyaların elanını planlaşdırmırlar.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Amerikanın Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etmək göstərişi verib.

Son xəbərlər

Orphus sistemi