Aİ Belarusda hakimiyyətin dinc yolla keçidini müşayiət etməyə hazırdır

Aİ Belarusda hakimiyyətin dinc yolla keçidini müşayiət etməyə hazırdır “Belarusda hakimiyyətin dinc, demokratik yolla keçidini müşayiət etməyə hazırıq”
Region
19 Avqust , 2020 19:29
Aİ Belarusda hakimiyyətin dinc yolla keçidini müşayiət etməyə hazırdır
Ursula fon der Lyayen

“Belarusda hakimiyyətin dinc, demokratik yolla keçidini müşayiət etməyə hazırıq”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Belarusdakı vəziyyətlə əlaqədar keçirilən sammitindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlayıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Son xəbərlər

Orphus sistemi