Ahmet Davutoğlu koronavirusa yoluxub

Ahmet Davutoğlu koronavirusa yoluxub Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Ahmet Davutoğlunda koronavirus aşkarlanıb
Region
27 Noyabr , 2020 17:58
Ahmet Davutoğlu koronavirusa yoluxub
Ahmet Davutoğlu

Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Ahmet Davutoğlunda koronavirus aşkarlanıb.

“Report” “Yeniçağ” qəzetinə istinadən xəbər verir ki, bunu partiyanın sözçüsü Serkan Özcan deyib.

“Hazırda durumu yaxşıdır, evində istirahət edir. Cənab sədrimizə şəfa diləyirik”, - o qeyd edib.

Qeyd edək ki, A.Davutoğlu Türkiyənin xarici işlər naziri və baş naziri vəzifələrini tutub. O həmçinin 3 dəfə Ədalət və İnkişaf Partiyasından deputat seçilib.

Son xəbərlər

Orphus sistemi