AEBA-nın baş direktoru İranın mübahisəli obyektlərinə baş çəkəcək

AEBA-nın baş direktoru İranın mübahisəli obyektlərinə baş çəkəcək Qeyd edək ki, Rafael Qrossi bu il avqustun 24-də baş direktor kimi Tehrana ilk dəfə səfər edib.
Region
14 Sentyabr , 2020 15:31
AEBA-nın baş direktoru İranın mübahisəli obyektlərinə baş çəkəcək
Rafael Qrossi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi sentyabrın sonunda İrana səfər edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu R.Qrossi AEBA-nın İdarə Şurası üzvlərinin qarşısındakı çıxışında bildirib.

R.Qrossi bildirib ki, cari ilin avqustunda İrana səfəri zamanı ölkə prezidenti Həsən Ruhani və başqa yüksək vəzifəli şəxslərlə görüşüb. O, bir sıra mübahisəli məsələlər üzrə irəliləyişin olduğunu söyləyib. Baş direktorun sözlərinə görə, agentliyin müfəttişləri bəzi obyektlərdən nümunələr götürüblər. R.Qrossi sentyabrın sonuna planlaşdırılan səfəri zaman İranın mübahisəli nüvə obyektlərinə baş çəkəcəyini də vurğulayıb.

Qeyd edək ki, R.Qrossi bu il avqustun 24-də baş direktor kimi Tehrana ilk dəfə səfər edib. O, İranın vitse-prezidenti, İranın Atom Enerjisi üzrə Təşkilatının başçısı Əkbər Saleh və İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə də görüşüb.

Son xəbərlər

Orphus sistemi