Adananın mərkəz Çukurova rayonunda meşəlik ərazidə çıxan yanğın nəzarət altına alınıb.
"Report" xəbər verir ki, bölgəyə 2 təyyarə, 8 helikopter, 50 yanğınsöndürən maşın, 30 su çəni və təxminən 300 personal cəlb edilib.
Yanğın ekipajın havadan və qurudan müdaxiləsi ilə nəzarət altına alınıb.
Bölgədə soyutma işləri davam edir. Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Türkiyənin Adana bölgəsinin Çukurova rayonunda meşədə yanğın başlayıb.
"Report" xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb edilib.
Məlumata görə, yanğın yerli vaxtla saat 16:30 radələrində naməlum səbəbdən baş verib.
Ətrafdakı insanların verdiyi məlumatlar əsasında Meşə Region İdarəsinə aid helikopterlər və çoxlu sayda su çiləyiciləri bölgəyə sövq edilib. Ekipajlar alova nəzarət etmək üçün havadan və qurudan işlərini davam etdirir.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, bu gün Muğlanın Marmaris rayonunda da meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün havadan və yerdən müdaxilələrə başlanılıb.