ABŞ  Ukraynaya “HAWK” zenit raket kompleksi tədarük etməyi nəzərdən keçirir

ABŞ  Ukraynaya “HAWK” zenit raket kompleksi tədarük etməyi nəzərdən keçirir ABŞ qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün Ukraynaya “HAWK” zenit raket kompleksi tədarük etməyi nəzərdən keçirir.
Region
25 Oktyabr , 2022 11:42
ABŞ  Ukraynaya “HAWK” zenit raket kompleksi tədarük etməyi nəzərdən keçirir

ABŞ qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün Ukraynaya “HAWK” zenit raket kompleksi tədarük etməyi nəzərdən keçirir.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, Ağ ev qurğuların ötürülməsi üçün “PDA” prosesindən istifadə edir. “PDA” ABŞ-a konqresin icazəsi olmadan müdafiə malları və xidmətlərini anbarlardan sürətlə ötürməyə imkan verir.

Məlumata görə, “HAWK” sistemi “PATRIOT” hava hücumundan müdafiə kompleksinin veriləcəyinin xəbərçisi sayılır.

Hələlik Ukrayna rəsmiləri “PATRİOT”la bağlı müraciət etməyiblər. Ona görə də “HAWK”ı müjdəçi sayırlar.

Son xəbərlər

Orphus sistemi