Səfir: Gürcüstan və ABŞ xalqları arasındakı münasibətlər seçkilərdən asılı deyil

Səfir: Gürcüstan və ABŞ xalqları arasındakı münasibətlər seçkilərdən asılı deyil ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan Amerika və Gürcüstan xalqları arasındakı əlaqələrin bu və ya digər ölkədə hansısa seçkilərin keçirilməsindən asılı olmayaraq istənilən siyasi dəyişikliyə tab gətirəcəyinə əmin olduğunu bildirib.
Region
6 Noyabr , 2024 21:34
Səfir: Gürcüstan və ABŞ xalqları arasındakı münasibətlər seçkilərdən asılı deyil

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan iki ölkənin xalqları arasındakı əlaqələrin bu və ya digər ölkədə hansısa seçkilərin keçirilməsindən asılı olmayaraq istənilən siyasi dəyişikliyə tab gətirəcəyinə əmin olduğunu bildirib.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Amerika Ticarət Palatasının təşkil etdiyi “election breakfast”də söyləyib.

“ABŞ ilə Gürcüstan arasındakı münasibətlər istənilən siyasi dəyişikliyə tab gətirəcək... Mən həqiqətən inanıram ki, Gürcüstanda və ya ABŞ-də keçirilən istənilən seçkidə nə baş verməsindən asılı olmayaraq, xalqlar arasındakı münasibət dəyişməyəcək... İnsanlar, şirkətlər, universitetlər, müəssisələr, analitik mərkəzlər, institutlar, hərbçilər, hüquq-mühafizə orqanları arasında münasibətlər istənilən dəyişikliyə tab gətirəcək”, - səfir deyib.

Xatırladaq ki, daha əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın tələb olunan 270 seçici səsi həddini keçərək 277 seçicinin dəstəyini qazandığı və bununla da seçkilərdə qələbə qazandığı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi