ABŞ rəsmisi: "Rusiya, Çin, İran amerikalıların başlıca hərbi rəqibləridir"

ABŞ rəsmisi: "Rusiya, Çin, İran amerikalıların başlıca hərbi rəqibləridir" Cozef Danford:"ABŞ-a qarşı Rusiya, Çin, Şimali Koreya, İran və müxtəlif terrorçu qruplaşmalar tərəfindən təhdidlər var"
Region
6 Oktyabr , 2016 20:30
ABŞ rəsmisi: Rusiya, Çin, İran amerikalıların başlıca hərbi rəqibləridir

Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ-ın yeni Milli Hərbi Strategiyasında Rusiya və Çin ilə yanaşı, İran da amerikalıların başlıca rəqibi hesab olunub.

"Report" "iran.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri qərargah rəisləri komitəsinin sədri, general Cozef Danford bildirib.

"Biz bu günlərdə yeni Milli Hərbi Strategiya üzrəində hazırlıq işini başa çatdırdıq. Bu, tezliklə imzalanacaq. Mən bunu ABŞ-ın müdafiə naziri Eşton Karterə təqdim etməliyəm. Qərargah rəisləri və mən bu sənədi tam yeni hazırlamışıq" - general vurğulayıb.

Onun sözlərinə görə, hazırda ABŞ-ın təhlükəsizliyinə Rusiya, Çin, Şimali Koreya, İran və müxtəlif ekstremist və terrorçu qruplaşmalar tərəfindən təhdidlər var: "ABŞ-ın Silahlı Qüvvələri bu təhdidin matritsasını "4+1" düstutu ilə səciyyələndirir."

Son xəbərlər

Orphus sistemi