ABŞ prezident seçkisindən sonra İrana qarşı yeni sanksiya tətbiq edəcək

ABŞ prezident seçkisindən sonra İrana qarşı yeni sanksiya tətbiq edəcək Senator Bob Korker: “Avropa İttifaqı hesab edir ki, yeni sanksiyaların tətbiqi İranda keçiriləcək prezident seçkisinin nəticəsinə təsir edə bilər”
Region
5 Aprel , 2017 12:09
ABŞ prezident seçkisindən sonra İrana qarşı yeni sanksiya tətbiq edəcək

Bakı. 5 aprel. REPORT.AZ/ “Avropa İttifaqının narahatlığına görə, İrana qarşı yeni sanksiyanın tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi Senata təqdim olunmayacaq”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Senatının xarici işlər üzrə komitəsinin sədri Bob Korker bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı hesab edir ki, yeni sanksiyaların tətbiqi İranda keçiriləcək prezident seçkisinin nəticəsinə təsir edə bilər.

İnformasiyaya əsasən, bu ilin martında Demokratlar və Respublikaçılar partiyalarını təmsil edən bir qrup senator Senata yeni qanun layihəsi təqdim edib. Layihə ballistik raketləri buraxdığı və qeyri-nüvə sahəsində fəaliyyətini artıraraq, əvvəlki kimi sərt mövqe nümayiş etdirdiyi üçün İrana qarşı daha kəskin sanksiyaların tətbiq olunmasını nəzərdə tutur. Bu layihəni ABŞ prezidenti Donald Tramp da dəstəkləyir.

Qeyd edək ki, bu il mayın 19-da İranda prezident seçkisinin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi