ABŞ polkovniki: “İncirlik bazasından çıxmaq planımız yoxdur”
- 02 iyul, 2018
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyul. REPORT.AZ/ “ABŞ-ın İncirlikdən çıxmaq planı yoxdur”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Türkiyənin İncirlik bölgəsindəki hərbi bazasının komandanı polkovnik David S.Eaglin “Habertürk”ə müsahibəsində bildirib.
“Buradakı varlığımız müttəfiqimiz və strateji tərəfdaşımız Türkiyə ilə on illərdir davam edən əməkdaşlıq etmək istəyimizin simvoludur. ABŞ-ın İncirlikdən çıxmaq planıl yoxdur”, - polkovnik vurğulayıb.
O, jurnalistin “İncirlik iyulun 15-də dövlət çevirlişinə cəhddin mərkəzi olaraq görülür. O tarixdə siz burada deyildiniz, ancaq fikiriniz sorşumaq istəyərdim...” sualına isə cavab verməyib: “Bunu şərh etməyəcəyəm”.
Qeyd edək ki, Türkiyənin Adana əyalətində yerləşən İncirlik hərbi bazası 1953-cü ildən qurulub.