ABŞ səfirliyinin əməkdaşları Ukraynada fəaliyyətini bərpa etmək məqsədilə Lvov şəhərinə qayıdıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Krinstin Kvin mayın 2-də bildirib.
“Biz qayıtmağımıza şadıq. Ukraynalılara yardım etmək üçün burada bütün imkanlardan istifadə edəcəyik”, - o, Lvovda keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, Rusiyanın hərbi müdaxiləsindən sonra ABŞ səfirliyini Kiyevdən Ukraynanın qərbindəki Lvov şəhərinə, oradan isə Polşaya köçürmüşdü.