ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili Ross Uilsonun səlahiyyət müddəti başa çatır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
R.Uilson may ayının ortalarında Gürcüstanı tərk edəcək. Onun səlahiyyətlərini Elizabet Rud yerinə yetirəcək.
Qeyd edək ki, R.Uilson ötən ilin noyabrında ABŞ-ın Gürcüstandakı müvəqqəti işlər vəkili təyin olunub. O, 2005-2008-ci illərdə ABŞ-ın Türkiyədəki, 2000-2003-cü illərdə isə Azərbaycandakı səfiri olub.