Peskov: "ABŞ-ın diplomatik missiyasının hansı əməkdaşlarının Rusiyada işini dayandıracağına Vaşinqton qərar verəcək"

Peskov: "ABŞ-ın diplomatik missiyasının hansı əməkdaşlarının Rusiyada işini dayandıracağına Vaşinqton qərar verəcək" "Humanizm naminə Moskvadakı səfirliyin əməkdaşlarına ölkəni tərk etmək üçün kifayət qədər vaxt verilmişdi"
Region
31 İyul , 2017 16:17
Peskov: ABŞ-ın diplomatik missiyasının hansı əməkdaşlarının Rusiyada işini dayandıracağına Vaşinqton qərar verəcək

Bakı. 31 iyul. REPORT.AZ/ "ABŞ-ın diplomatik missiyasının hansı əməkdaşlarının Rusiyada işini dayandıracağına Vaşinqton qərar verəcək".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, ABŞ-ın seçimidir, burada həm diplomatlar, həm də texniki işçilər olacaq. Söhbət yalnız diplomatlardan getmir, bu qədər amerikalı diplomat Rusiyada, ümumiyyətlə, yoxdur. Söhbət diplomatlardan və qeyri-diplomatik statusu olan şəxslərdən, eləcə də yerində qəbul edilən, yəni orada işləyən Rusiya vətəndaşlarından gedir", - D.Peskov deyib.

Onun sözlərinə görə, humanizm naminə Moskvadakı səfirliyin əməkdaşlarına ölkəni tərk etmək üçün kifayət qədər vaxt verilmişdi.

Xatırladaq ki, Moskva ABŞ-ın diplomatik missiyasının 755 əməkdaşının Rusiyadan xaric edilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi