ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Corciya ştatından olan respublikaçı Marjori Teylor Qrin Konqresində ölkənin daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın impiçmenti məsələsini qaldırıb.
"Report"un məlumatına görə, bu barədə A.Mayorkas “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
T.Qrin qeyd edib ki, bir gün əvvəl Corciya ştatında ABŞ-ın iki vətəndaşı insan alverçiləri tərəfindən güllələnərək öldürülüb.
"Amerikalılar sadəcə ailələrini görməyə getdiklərinə görə öldürülürlər. Bu, hamını narahat etməlidir və siyasi məsələ deyil", - Qrin vurğulayıb və Mayorkasın istefasını təkidlə tələb edib.