ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Gürcüstana müvəqqəti işlər vəkili təyin olunub

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Gürcüstana müvəqqəti işlər vəkili təyin olunub Tbilisi. 9 noyabr. REPORT.AZ/ Ross Uilson ABŞ-ın Gürcüstana müvəqqəti işlər vəkili təyin olunub.
Region
9 Noyabr , 2018 20:57
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Gürcüstana müvəqqəti işlər vəkili təyin olunub

Tbilisi. 9 noyabr. REPORT.AZ/ Ross Uilson ABŞ-ın Gürcüstana müvəqqəti işlər vəkili təyin olunub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, amerikalı diplomat bu gündən etibarən səlahiyyətlərinin icrasına başlayıb.

R.Uilsonun Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin gələcək perspektivləri barədə müzakirələr aparılıb.

Tərəflər ticari-iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində mövcud əməkdaşlıq, həmçinin Gürcüstan və regionda təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.

R.Uilson 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycandakı, 2005-2008-ci illərdə isə Türkiyədəki səfiri olub.

Bundan əvvəl Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş aksiya keçirilib.

Son xəbərlər

Orphus sistemi