ABŞ Gürcüstana 2 000 ədəd koronavirus testi göndərəcək

Region
  • 13 aprel, 2020
  • 12:08
ABŞ Gürcüstana 2 000 ədəd koronavirus testi göndərəcək

ABŞ Gürcüstana koronavirusu sürətlə aşkarlayan test göndərəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

Onun sözlərinə görə, testlərin sayı 2 000 ədəd olacaq.

Səfirlik həmçinin Gürcüstan şirkətindən 100 min lari məbləğində tibbi qoruyucu vasitələr alaraq ölkənin Səhiyyə Nazirliyinə təqdim edəcək.