ABŞ Cəbəllütariqdə saxlanılmış İran gəmisinə sanksiya tətbiq edir

ABŞ Cəbəllütariqdə saxlanılmış İran gəmisinə sanksiya tətbiq edir ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın Adrian Darya 1 tankerinə qarşı sanksiya tətbiq edir.
Region
31 Avqust , 2019 05:19
ABŞ Cəbəllütariqdə saxlanılmış İran gəmisinə sanksiya tətbiq edir

ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın "Adrian Darya 1" tankerinə qarşı sanksiya tətbiq edir.

“Report” xəbər verir ki, bu barədə nazirliyin saytı məlumat yayıb.

"Adrian Darya 1" kimi gəmilər İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) düşmənçilik fəaliyyətinə dəstək vermək və terrorizmi təbliğ etmək üçün maskalanmaq və qeyri-qanuni satmaq üçün onların böyük miqdarda neft yükləməsinə və nəql etməsinə imkan verir", - deyə məlumatda bildirilir.

Sanksiya siyahısına həmçinin İran gəmisinin pilotu Axileş Kumar da düşüb.

Son xəbərlər

Orphus sistemi