Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün sosial şəbəkələrdə PKK terror təşkilatının lideri Abdullah Öcalanın ölüm xəbəri yayılıb. "Report"un xəbərinə görə, məlumat sosial şəbəklərdə geniş müzakirələrə səbəb olub. Xəbəri yerli mətbuat da tirajlayıb.
Abdullah Öcalanın ölüm xəbərinə ilk rəsmi münasibəti isə Türkiyənin ədliyə naziri Bəkir Bozdağ bildirib. O, Twitter səhifəsində xəbərin yalan olduğunu deyib.
"Abdullah Öcalanın ölümü ilə bağlı xəbərlər tamamilə əsassızdır, uydurmadır və yalandır. Bu xəbərlər təxribat xarakteri daşıyır və qərəzlidir" - deyə, nazir səhifəsində qeyd edib.