2014-cü ildə İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

2014-cü ildə İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlanıb Türkiyənin bu şəhərini ziyarət edənlərin sayı 13% çoxalıb
Region
8 Yanvar , 2015 17:25
2014-cü ildə İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ 2014-cü ildə Türkiyənin İstanbul şəhərinə 11 milyon 842 min 983 turist gedib.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə İstanbulun Mədəniyyət və Turizm İdarəsinin açıqlamasında bildirilib.

Xəbərdə qeyd olunub ki, Atatürk və Sabiha Gökçen hava limanları, Haydarpaşa, Pendik və Karaköy dəniz limanlarından alınan məlumata əsəsən, 2013-cü illə müqayisədə turistlərin sayı 13 faiz çoxalıb.

2014-cü ildə İstanbula gedən əcnəbi turistlərin sayı ölkələr üzrə belə olub: Almaniya -10,2%, İran - 5%, Rusiya - 5%, ABŞ - 4,5%, İngiltərə - 4,2%, Fransa - 4,2%, İtaliya - 3,9%, İraq - 3%, Səudiyyə Ərəbistanı 2,7%, Hollandiya - 2,5%, Liviya - 2,2%, Ukrayna -2,2%, Azərbaycan - 2%, İspaniya 2%, Suriya - 1,9% və başqa ölkələrdən 44,4%.

Son xəbərlər

Orphus sistemi