Zəfər paradında Azərbaycanın döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib

Zəfər paradında Azərbaycanın döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başa çatıb.
Qarabağ
10 Dekabr , 2020 14:54
Zəfər paradında Azərbaycanın döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib
0 : 00
0 : 00

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib.

“Report” xəbər verir ki, “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb.

Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə “Mİ-35” hücum helikopterləri qrupunun uçuşu olub.

Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılanıb.

Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrup səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaradıb.

Son xəbərlər

Orphus sistemi