Zaxarova: “Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”

Zaxarova: “Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək” “Rusiyanın strateji məqsədi Cənubi Qafqazda sabitliyə və tərəqqiyə töhfə verməkdir. Bu yolda əsas vəzifələrdən biri rəsmi Bakı və İrəvanın münasibətlərinin kompleks şəkildə normallaşması, həmçinin dayanıqlı sülhün bərqərar edilməsidir”.
Qarabağ
25 May , 2022 17:30
Zaxarova: “Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”

“Rusiyanın strateji məqsədi Cənubi Qafqazda sabitliyə və tərəqqiyə töhfə verməkdir. Bu yolda əsas vəzifələrdən biri rəsmi Bakı və İrəvanın münasibətlərinin kompleks şəkildə normallaşması, həmçinin dayanıqlı sülhün bərqərar edilməsidir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O qeyd edib ki, bu istiqamətdə səylərin əsasını təşkil edən ölkə rəhbərlərinin imzaladığı üçtərəfli bəyannamədir: “Rusiya bütün məsələlərdə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və ictimai dialoqun qurulması, həmçinin sülh müqaviləsinin işlənib hazırlanmasında tərəfdaşlarına hərtərəfli dəstək göstərir”, - Zaxarova deyib.

“Aİ-nin yüksək səviyyədə üçtərəfli razılaşmaların icrası prosesinə qoşulma səylərinin şahidi oluruq. Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamayacaq, əksinə, üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi