Zaxarova: "Rəsmi Bakı ilə Yerevan arasındakı əlaqələr irəliyə atılmış doğru addımdır"

Zaxarova: "Rəsmi Bakı ilə Yerevan arasındakı əlaqələr irəliyə atılmış doğru addımdır" Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiya rəsmi Bakı və Yerevan arasında son vaxtlar müxtəlif səviyyələrdə baş tutan əlaqələri alqışlayır.
Qarabağ
31 Yanvar , 2019 12:58
Zaxarova: Rəsmi Bakı ilə Yerevan arasındakı əlaqələr irəliyə atılmış doğru addımdır
0 : 00
0 : 00

Bakı. 31 yanvar. REPORT.AZ/ "Rusiya rəsmi Bakı və Yerevan arasında son vaxtlar müxtəlif səviyyələrdə baş tutan əlaqələri alqışlayır".

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Parisdə baş tutmuş görüşünü şərh edərkən bildirib.

"Bu məsələ (Dağlıq Qarabağ münaqişəsi - red.) ilə bağlı mövqeyimiz dəyişməzdir", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi vasitəçilik funksiyasını xoş niyyətlə və səmərəli şəkildə həyata keçirir.

"Son vaxtlar rəsmi Bakı və Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayırıq. Tərəflərin özlərinin verdiyi konstruktiv qiymətləndirmələri eşitmişik. Hesab edirik ki, bu, irəliyə doğru atılmış düzgün addımdır", - Rusiya XİN nümayəndəsi söyləyib.

Son xəbərlər

Orphus sistemi