Yerlan Karin: Prezident Nazarbayev müxtəlif görüşlərin gündəliyində Dağlıq Qarabağ problemini qaldırır

Yerlan Karin: Prezident Nazarbayev müxtəlif görüşlərin gündəliyində Dağlıq Qarabağ problemini qaldırır QSTİ rəhbərinin sözlərinə görə, tərəflər münaqişənin həlli üçün özləri səy göstərməlidirlər
Qarabağ
3 Dekabr , 2014 10:46
Yerlan Karin: Prezident Nazarbayev müxtəlif görüşlərin gündəliyində Dağlıq Qarabağ problemini qaldırır
Astana. 3 dekabr. REPORT.AZ/ "Bir zaman Qazaxıstan Qarabağ münaqişəsinin həlli üzrə səy göstərib və prezident Nazarbayev bu problemi müxtəlif görüşlərin gündəliyində qeyd edir".

Bu barədə "Report"a Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun (QSTİ) rəhbəri Yerlan Karin  Ermənistan-Azərbaycan münaqişəsinin həllində Qazaxıstanın rolundan danışarkən bildirib. 

Onun sözlərinə görə, tərəflər münaqişənin həlli üçün özləri səy göstərməlidirlər: "Qazaxıstanın səyləri əsasən hər hansı bir kənar amillərin təsirinin azaldılmasına yönəlib". 

Y.Karin həmçinin vurğulayıb ki, Qərb və Rusiya arasında dialoqu Qazaxıstanda keçirmək olar: "Mən təhlillər aparmışam və aydın olub ki, Qərb və Rusiya Federasiyası arasında gərgin vəziyyətin yaranmasından sonra prezident Nazarbayev Ukrayna böhranı ilə bağlı Putin, daha sonra Minsk və Ankara, eləcə də Brüssellə danışıqlar aparıb".

O, həmçinin qeyd edib ki, Belarusun bu istiqamətdəki səylərinə baxmayaraq, rəsmi Minskin qərb tərəfdaşlara çıxışı yoxdur: "Bizə lazımdır ki, münaqişə sülh yolu ilə həll olunsun. Buna görə biz müvafiq mövqe tutmuşuq".

Son xəbərlər

Orphus sistemi