Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək

Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək "Oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış və Suqovuşan qəsəbələrinə səfər edib. Dövlət başçımız səfər zamanı talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı".
Qarabağ
322
16 Oktyabr , 2021 12:07
Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək
Müstəqim Məmmədov

"Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir".

"Report"un xəbərinə görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış və Suqovuşan qəsəbələrinə səfər edib: "Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır. Biz buna nail olacağıq".

Son xəbərlər

Orphus sistemi