"Görüş zamanı Sarqsyan və Olland qarşılıqlı maraq kəsb edən bir neçə məsələyə toxunublar, Qarabağ münaqişəsinin həlli problemini və fransız tərəfinin təşəbbüsü ilə nəzərdə tutulmuş Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin iştirakı ilə keçiriləcək görüşü müzakirə ediblər" — deyə, məlumatda qeyd olunub. Görüşün dəqiq tarixi göstərilməyib.
Xatırladaq ki, avqust ayının 10-da Soçidə Azərbaycan, Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu həmsədrləri ölkələrindən biri - Rusiya prezidentinin görüşü baş tutub. Sentyabr ayının 4-də Uelsdə keçirilən NATO sammiti çərçivəsində Azərbaycan, Ermənistan prezidentlərinin və ABŞ-ın dövlət katibi Con Kerrinin görüşü keçirilib.