​Yaralı zabitimiz dünyasını dəyişib - FOTO

​Yaralı zabitimiz dünyasını dəyişib - FOTO Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Qarabağ
9 May , 2016 08:23
​Yaralı zabitimiz dünyasını dəyişib - FOTO

Bakı. 9 may. REPORT.AZ/ Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi