Bərdə. 11 yanvar. REPORT.AZ/ "
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katorin Bərdə rayonunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Yaponiya hökuməti də müharibədən zərər çəkib: "Yaponiyanın hazırkı konstitusiyası 1947-ci ildə qəbul edilib. Ölkə konstitusiyasın görə, Yaponiya sülh dövlətidir. Cənubi Qafqazda da sülh və sabitliyin təmin edilməsi üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Yaponiya münaqişə ilə bağlı ATƏT-nın Minsk qrupunun həmsədr ölkələrinin səylərini dəstəkləyir və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq sülh yolu ilə həllini gözləyir".