Bakı. 27 sentyabr. REPORT.AZ/ “Rusiya prezidenti Vladimir Putinin Bakıya səfər etməsi münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir”.
Bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir: “Bu münasibətlər birdən-birə yaranmayıb, on illiklərin nəticəsidir. Nə Rusiya, nə də Azərbaycan sıradan bir ölkədir. Azərbaycan hakimiyyətinin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz qısa zaman çərçivəsində dünyanın güclü dövlətinə çevrilib. Bu baxımdan Rusiya ilə Azərbaycanın dostluğu hər iki ölkənin maraqlarına xidmət edir. Rusiya ilə Azərbaycanın dostluğu regionda stabilliyin yaranmasına, inkişafın sürətlənməsinə xidmət edir. Ölkələr qarşılıqlı olaraq ilk növbədə neft-qaz, kənd təsərrüfatı, yeni texnologiyaların tətbiqi sahəsində, dünya silah bazarında nüfuz qazanmaq istiqamətində əməkdaşlıq edirlər. Azərbaycan ikitərəfli münasibətlərin üçüncü dövlətin əleyhinə yönlənməsində maraqlı deyil. Bu da ikitərəfli münasibətləri möhkəmləndirir, etibarlı edir”.
YAP-ın şöbə müdiri vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsinə çalışır:
Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə
Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir, Ermənistanla da münasibətləri var. Şübhəsiz ki, bu səfər çərçivəsində Dağlıq Qarabağ probleminin həlli yolları da müzakirə ediləcək. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmliyi Dağlıq Qarabağ probleminin həll ilə bağlı ümidləri artırır. Dağlıq Qarabağ problemi Azərbaycan üçün həyati vacib məsələdir. Bu, son zamanlar Rusiya üçün də belədir. Ermənistanın zəifləməsi, xalq ölkəni tərk edir. Bu, Azərbaycanın mövqeyini daha da gücləndirir.
Aydın MirzəzadəMilli Məclisin deputatı Aydın Mirzəzadə
Xatırladaq ki, bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfərə gəlib.