XİN başçısı: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

XİN başçısı: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" O, ərazi bütövlüyü prinsipinin Ukraynanın xarici siyasətində təməl prinsiplərdən biri olduğunu diqqətə çatdırıb.
Qarabağ
30 Sentyabr , 2020 12:43
XİN başçısı: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Dmitro Kuleba 

"Ukrayna Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir".

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə bu Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba deyib.

O, ərazi bütövlüyü prinsipinin Ukraynanın xarici siyasətində təməl prinsiplərdən biri olduğunu diqqətə çatdırıb: “Azərbaycan daha əvvəl bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik”.

Ukraynalı nazirin fikrincə, Dağlıq Qarabağdakı döyüşlərdən də əyani göründüyü kimi, dondurulmuş münaqişələr əslində yoxdur, belə görünən münaqişələr hər an “qızışa” bilər: "Bu cür münaqişələrin Avropada sabitsizlik mənbəyidir. Beynəlxalq ictimaiyyət də məsələnin həllinə müvafiq şəkildə münasibət bildirməlidir. Belə münaqişələri unutmaq əvəzinə, həlli üçün ardıcıl və əlaqəli şəkildə səylər göstərilməlidir”.

Son xəbərlər

Orphus sistemi