XİN: Xocalı faciəsi günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var

XİN: Xocalı faciəsi günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var Hikmət Hacıyev: "Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmalıdır"
Qarabağ
22 Fevral , 2018 11:29
XİN: Xocalı faciəsi günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var
Report/ Elchin Murad

Bakı. 22 fevral. REPORT.AZ/ Xocalı faciəsində törədilən cinayətlərin günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın yaradılmasına ehtiyac var.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün istifadə olunan gücün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilməyəcəyini başa düşməlidir. 

"Status-kvo qəbuledilməzdir və Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxarılmalıdır", - XİN-in mətbuat xidmətinin rəhbəri deyib.

Son xəbərlər

Orphus sistemi