XİN: Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma "referendum"u tanımır
Qarabağ
- 21 fevral, 2017
- 17:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiyev. 21 fevral. REPORT.AZ/ Ukrayna 20 fevral 2017-ci il tarixində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "konstitusiya referendumu"nu tanımır və onu qeyri-legitim hesab edir.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
"Referendum" Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüququn pozulması deməkdir və heç bir hüquqi nəticə kəsb etmir. Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməzdir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinin şəksiz dəstəklənməsindən ibarətdir", - deyə Ukrayna XİN-in mətbuat katibi Maryana Betsanın şərhində deyilir.
Son xəbərlər
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media
20:54
Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir
Digər ölkələr
20:35
Foto
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Fərdi
20:31
Paraqvay prezidenti "Ueno Bank"ın iflasından sonra istefa verib
Digər ölkələr
20:28
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Region