Mövlud Çavuşoğlu: "Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir"

Mövlud Çavuşoğlu: "Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir" "Tərəflər ölkələrin ərazi bütövlüyü çərçivəsində regionda münaqişələrin sülh yolu ilə həll olunmasının əhəmiyyətini təsdiq ediblər"
Qarabağ
10 Dekabr , 2014 17:14
Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 10 dekabr. REPORT.AZ/ "Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir". "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, hər iki həmkarı ilə keçirilən iclasda səmərəli müzakirələr aparılıb: "Toplantıda əvvəlki görüşdən indiyədək görülən işlər nəzərdən keçirilib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP regional layihələrinin əhəmiyyəti vurğulanıb. Biz həmçinin regional və dünya məsələlərini də müzakirə etmişik. Biz bu məsələlərə eyni tərzdə yanaşırıq. Biz ölkələrin ərazi bütövlüyü çərçivəsində regionda münaqişələrin sülh yolu ilə həll olunmasının əhəmiyyətini vurğuladıq".

M.Çavuşoğlu Ermənistanın regional layihələrdən kənarda qalması məsələsinə də toxunub: "Ermənistan belə regional formatda görüşlərdə qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşdığı təqdirdə iştirak edə bilər". 

Son xəbərlər

Orphus sistemi