XİN rəhbəri ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor ilə görüşüb

XİN rəhbəri ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor ilə görüşüb Bakı. 16 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb.
Qarabağ
16 Fevral , 2019 21:04
XİN rəhbəri ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor ilə görüşüb

Bakı. 16 fevral. REPORT.AZ/ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb.

“Report” xəbər verir ki, tərəflər Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əminamanlığı təmin edəcəyi vurğulanıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi baş tutub.

Son xəbərlər

Orphus sistemi